İŞİD bu dəfə Putini hədələdi

İŞİD bu dəfə Putini hədələdi
  03 Sentyabr 2014    Oxunub:1836
İraq və Şam İslam Dövlətinin yaraqlıları bu dəfə Rusiya prezidenti Putinə söz göndərərək, onu Çeçenistan və Qafqazda müharibə başlamaqla hədələyib.
Bu barədə AzVision.az “Əl-Ərəbiyə” telekanalına istinadən xəbər verir.

Terrorçuların bu çıxışı Suriyanın Rakka vilayətində yerləşən Tabaka hava limanında lentə alınıb. Videoyazıda yaraqlılar Allahın izni ilə “Çeçenistan və Qafqazı azad etmək niyyətində olduqlarını bildirib.

Bundan əlavə yaraqlılar Suriya prezidenti Bəşər Əsədi və onu sadiq qüvvələri hava döyüşləri ilə hədələyib.

Qeyd edək ki, bu ilin avqust ayında İŞİD Tabaka hərbi bazasını ələ keçirib. Hazırda terrorçuların əlində ağır silahlar, tanklar və təyyarələr var.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti