Futbolda 835 milyonluq rekord

Futbolda 835 milyonluq rekord
  03 Sentyabr 2014    Oxunub:1749
İngiltərə Premyer-liqası 2014-2015-ci il mövsümündə transferlərə xərclədiyi pullara görə rekorda imza atıb.
AzVision.az xəbər verir ki, transferlərə 835 milyon funt-sterlinq xərcləyən İngiltərə klubları bütün liqaları öz kölgəsində saxlayıb.
“Deloitte” şirkəti tərəfindən aparılan araşdırmaya görə, İngiltərə Premyer-liqası bununla 2013-2014-cü il mövsümünün rekordunu da yeniləyib.

Xatırladaq ki, bir il öncə İngiltərə klubları transferlərə 630 milyon funt-sterlinq xərcləmişdi. “Mançester Yunayted” 150 milyon funt-sterlinqlə siyahıda birincidir. Onu 117 milyonla “Liverpul”, 88 milyonla “Çelsi” izləyir. Avropa liqaları arasından Premyer-liqaya daha yaxın olansa İspaniya La Liqasıdır. Kolumbiyalı Rodriqezin “Real Madrid”ə, Uruqvaylı Luis Suarezin “Barselona”ya astronomik trarsferləri nəticəsində La Liqa cəmi 425 milyon funt-sterlinq xərcləyib. İtaliya A seriyası 260 milyon, Almaniya Bundesliqası isə transferlərə 250 milyon funt-sterlinq ödəyib. Fransa Liqasında isə bu rəqəm cəmi 100 milyon funt-sterlinq təşkil edir.

Emin



Teqlər:





Xəbər lenti