Obama kritik Estoniya səfəri

Obama kritik Estoniya səfəri
  03 Sentyabr 2014    Oxunub:1593
ABŞ prezidenti Barak Obama bu gün səhər saatlarında Estoniyanın paytaxtı Tallinə gəlib.
AzVision.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti burada Estoniya, Latviya və Litva prezidentləri ilə görüşəcək.

Obamanı hava limanında Estoniya xarici işlər naziri Urmas Paet qarşılayıb. ABŞ prezidentinin Estoniya prezidenti Toomas Hendrik, baş nazir Taavi Rıyvasla görüşəcək. Daha sonra Obama Estoniya, Latviya, Litva prezidentləri, Toomas Hendrik, Andris Berziniş və Dalya Qribauskayte ilə görüşüb. Görüşdən sonra prezidentlər birgə bəyanatla çıxış edəcək.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti