Prezidentlər bu həftə görüşə bilər

Prezidentlər bu həftə görüşə bilər
  03 Sentyabr 2014    Oxunub:1913
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik NATO-nun Uelsdə keçiriləcək sammitində iştirak edəcək.

AzVision.az xəbər verir ki, bu barədə amerikalı həmsədr öz “Twitter” səhifəsində yazıb.

" Bu gün NATO sammiti üçün Uelsə gedirəm", – deyə Uorlik qeyd edib.

Həmsədr Azərbaycan və Ermənistan prezidentlərinin sammit çərçivəsində növbəti görüşünün baş tutacağını da istisna etməyib:

“Prezidentlər NATO-nun Uelsdə keçiriləcək sammitində və ya BMT Baş Assambleyasının iclasında görüşə bilər”.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti