Türkiyə İŞİD-ə qarşı PKK-nı silahlandırır?

Türkiyə İŞİD-ə qarşı PKK-nı silahlandırır?
  03 Sentyabr 2014    Oxunub:3401
Türkiyənin kürd partiyası kimi tanınan BDP-nin lideri və millət vəkili Səlahəttin Dəmirtaş Türkiyənin PKK-ya silah yardımı etmək istəyini dilə gətirib.
AzVision.az xəbər verir ki, deputat və prezidentliyə keçmiş namizəd Türkiyənin PKK-ya yardım etməli olduğunu dilə gətirib:

“Belə bir tələbimiz olmadı. Türkiyə ilə silah ticarəti haqqında bu günə qədər hər hansı sıxıntımız yoxdur. Türkiyə əslində bu sualı özünə verməlidir. Orada daha çox PKK döyüşür. PKK Türkiyədən silah istəsə nə olacaq? Əsl sual budur. Madam ki, barışacaqlar, niyə də olmasın. İŞİD kimi barbarlığa qarşı orada daha çox PKK və YPG-lilər döyüşür. Türkiyədə sülh olacaq və geri dönüşlər olacaq. PKK Türkiyəyə qarşı silahı buraxacaq”.

İraqda yaradıla bilcəcək Kürdüstan dövləti haqqında danışan deputat bu dövlət yaradılarsa müstəqillikləri tanıyacaqlarını bildirib. Eyni zamanda Türkiyənin də ilk dövlət olaraq Kürdüstanın müstəqilliyini tanımasını istəyib.

Emin


Teqlər:





Xəbər lenti