Putin və Poroşenko razılaşdı: Ukraynada ATƏŞKƏS

Putin və Poroşenko razılaşdı: Ukraynada ATƏŞKƏS
  03 Sentyabr 2014    Oxunub:2477
Ukraynanın Donbass vilayətində daimi olaraq atəşkəsin elan olunması barədə qərar qəbul edilib.

AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə qərarı Ukrayna prezidentinin mətbuat xidməti açıqlayıb.

Atəşkəs barədə qərar Ukrayna prezidenti Pyotr Poroşenkonun Rusiya lideri Vladimir Putinlə telefon danışığından sonra açıqlanıb.

“Ukraynanın şərqində sülhün bərqərar edilməsi üçün qarşılıqlı addımların atılmasına dair razılaşma əldə olunub” – deyə, Ukrayna prezidentinin saytında yerləşdirilən məlumatda bildirilir.

Qeyd edək ki, daha əvvəl Putin və Poroşenko telefon danışığı zamanı Ukraynanın cənub-şərqində qanlı döyüşlərin tezliklə dayandırılması üçün ilk növbədə atılmalı olan addımlar barədə fikir mübadiləsi aparıb. Hər iki ölkə başçısının Ukraynadakı böhranının aradan qaldırılması ilə bağlı fikirləri əhəmiyyətli dərəcədə üst-üstə düşdüyü açıqlanıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti