Ermənistanda Gömrük İttifaqına qarşı etiraz aksiyaları keçirilir

Ermənistanda Gömrük İttifaqına qarşı etiraz aksiyaları keçirilir
  03 Sentyabr 2014    Oxunub:4148
Ermənistanda qanuni hökumət olmayana qədər Rusiya kimi ölkələrə daimi olaraq onu idarə etməyə çalışacaq və ya onu Gömrük İttifaqı (Gİ) kimi qurumlara daxil olmağa məcbur edəcəklər.
AzVision.az-ın Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Yerevanda keçirilən etiraz aksiyasında “Salam Yerevan” fraksiyasının üzvü David Sanasaryan bildirib.

Yürüş paytaxtı Yerevanın Azadlıq meydanından başlayıb. “No Putin, No Cry” və “Go Home Putin, You are Drunk” şüarlarını tutan iştirakçılar Ermənistan prezidentinin İqamətgahına doğru hərəkət edirlər.

Etirazçılar aksiyanı Rusiya baş naziri Dmitri Medvedyevin Ermənistana səfəri zamanı keçirmək istəyib, lakin baş nazirin bu ölkəyə səfəri təxirə salındığından aksiya bu gün keçirilib. Bu gün Serj Sarkisyanının Ermənistanın Gömrük İttifaqına qoşulmaq istədiyi barədə səsləndirdiyi bəyanatdan bir il keçir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti