“İlham Əliyevin elə bir günü olmayıb ki,qaçqınları yada salmasın”
«Bu gün BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 20 ildən artıqdır ki, Azərbaycanla qarşılıqlı əməkdaşlıq edir. Bu əməkdaşlıq qarşııq hörmət əsasında öz yerini tutur. Bu əməkdaşlıq dövlət başçısının xüsusi diqqətindədir. Azərbaycan prezidenti İlham Əliyevin elə bir günü olmayıb ki, didərgin insanları yada salmasın. 1993-2012-ci illərdə donor ölkələrin dəstəyi sahəsində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycan qaçqınlarına 100 milyon dollar fövqəladə yardım göstərib. Qaçqınların problemlərinin həll edilməsində ölkə rəhbərliyinin göstərdiyi diqqət göz önündədir. Məcburi köçkünlərə edilən kömək neftdən və qazdan gələn gəlir hesabına artır. 2007-2010-ci illərdə edilən yardım 2 dəfə artıb . 2012-ci ildə 23 minədək ailə yeni mənzillərə köçüb. Azərbaycan artıq donor kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının büdcəsinə töhvə verir. Digər tərəfdən isə 8 yerli azərbaycanlı göstərdiyi müsbət nəticələr görə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən irəli çəkilib və hazırda dünyanın müxtəlif ölkələrində, ofislərdə fəaliyyət göstərirlər. Onlar həmdə Azərbaycanın sfirləri kimi qəbul oluna bilərlər».
Anar