Ermənistan Rusiya ilə birgə təlimlərə başladı

Ermənistan Rusiya ilə birgə təlimlərə başladı
  04 Sentyabr 2014    Oxunub:1446
Bu gün Ermənistanın Alagöz təlim-məşq kompleksində Rusiya hərbi bazası və Ermənistan Müdafiə Nazirliyi hərbçilərinin iştirakı ilə batalyon-taktik təlimlər başlanıb.

AzVision.az-ın erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, 1500 hərbçinin, 300 zirehli tank, avtomobil və xüsusi hərbi texnikanın cəlb olunduğu təlimlər Birləşmiş Silahlı Qoşunların və Qüvvələrin komandanı general-leytenant Mixail Qriqoryanın başçılığı ilə keçirilir.

Təlimlər sentyabrın 7-nə kimi davam edəcək.


Teqlər:





Xəbər lenti