Böyükağa Hacıyev istefa verdi

Böyükağa Hacıyev istefa verdi
  04 Sentyabr 2014    Oxunub:1932
“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev istefa verib.
AzVision.az-ın xəbərinə görə, komandanın saytına danışan Hacıyev qərarını istirahət etmək istəyi ilə əlaqələndirib:

“Yorulmuşam, istirahətə ehtiyacım var. Ona görə istefa ərizəmi klub prezidentinə təqdim etdim. Komanda rəhbərliyinin təkidinə baxmayaraq, tutduğum vəzifədən istefa verdim. Karyeramın ən böyük uğurlarını “Neftçi”də qazanmışam. Klub prezidenti Sadıq Sadıqova bu müddət ərzində hər zaman mənə dəstək olduğu üçün təşəkkürümü bildirirəm. Komandaya gələcək oyunlarda uğurlar arzu edirəm”.

AzVision.az


Teqlər:





Xəbər lenti