Sarkisyan da Böyük Britaniyaya getdi

Sarkisyan da Böyük Britaniyaya getdi
  04 Sentyabr 2014    Oxunub:1870
Ermənistan prezidenti Serj Sarkisyan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına işgüzar səfərə gəlib.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən, Serj Sarkisyan bu gün Nyuport şəhərində Əfqanıstan missiyası üzrə ölkə rəhbərlərinin görüşündə iştirak edəcək. Görüş NATO sammiti çərçivəsində keçiriləcək. Ermənistan prezidentinin görüş zamanı çıxış edəcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev də NATO
sammitində iştirak etmək üçün Böyük Britaniyay yollanıb.

Daha əvvəl ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan prezidentlərinin sammit çərçivəsində növbəti görüşünün baş tutacağını da istisna etməyib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti