İŞİD-ə qarşı beynəlxalq koalisiya yaradılır

İŞİD-ə qarşı beynəlxalq koalisiya yaradılır
  04 Sentyabr 2014    Oxunub:1952
ABŞ dövlət katibi Con Kerri İraq və Şam İslam Dövləti (İŞİD) yaraqlılarına qarşı beynəlxalq koalisiya yaratmaq niyyətində olduğunu bəyan edib.
Bu barədə AzVision.az “Agence France-Presse”-ə istinadən xəbər verir.

Diplomatın sözlərinə görə, onun xələfi Ceyms Beyker tərəfindən 1991-ci ildə Səddam Hüseynə qarşı yaradılan koalisiya müasir hərbi diplomatiya üçün “qızıl standartdır” və o məhz bu standarta əsaslanacaq.

Kerri artıq İŞİD-ə qarşı beynəlxalq koalisiyanının yaradılması məqsədilə Avstraliya, İtaliya, İordaniya, Qətər və BƏƏ-dən olan həmkarları ilə telefon danışıqları aparıb.

Dövlət katibi həmçinin bildirib ki, jurnalist Stiven Sotloffu qətlə yetirənlər tapılacaq və layiqli şəkildə cəzalandırılacaq.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti