“Bu məsələdə Azərbaycan və İranın mövqeləri çox yaxındır”

“Bu məsələdə Azərbaycan və İranın  mövqeləri çox yaxındır”
  26 Aprel 2013    Oxunub:1596
“Azərbaycanın Fars körfəzi ilə dəmir yol xətti ilə birləşməsi əhəmiyyətli layihədir”.

AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin deyib. İran səfiri bildirib ki, turizm sahəsində əməkdaşlıq davam edir, xüsusilə müalicə sahəsində artım hissolunandır. Pakayinin fikrincə bu ilin sonuna qədər 1 milyon İran vətəndaşı Azərbaycana səyahət edəcək. Bu səfərlər həm səhiyyə, həm ziyarət, həm də turizm məqsədilə olacaq.

İran rəsmilərinin yaxın vaxtlarda Azərbaycana səfərinin gözlənilirmi sualına cavabında səfir bildirib ki, bu səfərin baş tutub-tutmaması seçkilərdən sonra bilinəcək: “Təxmninın 1 ay yarımdan sonra İranda seçkilər keçiriləcək. Səfərlərin vaxtı da yalnız bundan sonra məlum olacaq».

Mətbutada Suriya məsələsində Azərbaycanla İran arasında fikir ayrılığının olması məsələsinə gəlincə, səfir deyib ki, Azərbaycan rəsmiləri ilə İran rəsmiləri arasında görüşlərdən sonra bizə məlum olan qədəriylə iki ölkənin bu məsələdə mövqeləri çox yaxındır: “Hər iki ölkə Suriyadakı daxili çəkişmələr dinc yolla həllində, müxalifət və iqtidar nümayəndələrinin müzakirələrə başlamasında maraqlıdır. Hər iki ölkə inanır ki, Suriya məsələsi hərbi yolla ilə həll oluna bilməz”.

Anar


Teqlər:  





Xəbər lenti