Səfirliyin maşını Bakıda talandı

Səfirliyin maşını Bakıda talandı
  26 Aprel 2013    Oxunub:1273
Bakıda quldurluq faktı qeydə alınıb.
Yasamal Rayon Prokurorluğundan Azvision.az-a verilən məlumata görə, 25 aprel 2013-cü il tarixdə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyində atteşe işləyən Mustafayev Xosrov Sultan oğlu rayon polis idarəsinin 26-cı polis bölməsinə ərizə ilə müraciət edib.

Müraciətdə bildirib ki, 24 aprel 2013-cü il tarixdə saat 16:00 radələrində idarə etdiyi səfirliyin «Mersedes-Benz-S-320» markalı maşını talanıb.

Zərərçəkmiş maşının Bakı şəhəri Yasamal rayonu İ.Qurtqaşınlı küçəsində park etdiyini bildirib.

Maşının qabaq sağ qapısının, arxa sol qapının şüşələri və saxlanc yerinin qapağı naməlum şəxslər tərəfindən sındırılıb, amma heç bir əşya oğurlanmayıb.

Faktla bağlı Yasamal RPİ tərəfindən araşdırma aparılır.

AzVision.az



Teqlər:  





Xəbər lenti