Putin bizi aldada bilər – Rasmussen
“Biz daha öncə də buna bənzər bəyanatlar və təşəbbüslər eşitmişik. Lakin bu təşəbbüslərdən sonra Rusiya daima Ukraynanın şərqində vəziyyəti gərginləşdirməyə davam edib. Bu təcrübəyə əsaslanaraq, biz istənilən qiymətləndirmədə ehtiyyatlı olmağa məcburuq. Əgər biz münaqişənin siyasi yol ilə həll edilməsi təşəbbüsünü görsək bunu yalnız alqışlayarıq”, – deyə Rasmussen bildirib.
Qeyd edək ki, daha əvvəl NATO baş katibinın Putinin Ukrayna planını dəstəklədiyi vurğulanırdı.
Eldar Tanrıverdiyev