NATO sammitində bu gün nə müzakirə olunacaq?
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.
Sammitin yekun iki sənədlərindən birində “iki faizlik normativ” tələbin gösətilməsi nəzərdə tutlur ki, bu da NATO-ya üzv ölkələrin öz büdcələrinin iki faizini hərbi xərclər üçün ayrırmasını nəzərdə tutur. Hazırda alyansa üzv ölkələrdən yalnız dördü bu tələbə riayət edir.
Bütün İttifaq üzvləri “sözdə” alyansın büdcəsinin 75 faizinə cavabdeh olan və bu xərcin NATO-ya üzv digər ölkələr tərəfindən götürülməsini istəyən ABŞ-ı dəstəkləyir. Lakin, bu 2008-ci il böhranından yeni çıxan və hazırda da sərt iqtisadi siyasət aparmağa məcbur olan Avropa ölkələri üçün helə də asan qərar deyil.
Mənbə bildirib ki, ümumilikdə, Şimali Atlantik Şuranın sessiyasında NATO-nun fəaliyyətində “ABŞ, Kanada və Avropa arasında əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanacaq”. Bundan əlavə, Yaxın Şərq və Şimal Afrikada gərgin vəziyyət, alyansın potenisalının genişləndirilməsi, kibertəhlükəsizlik, Əfqanıstandan qoşunların çıxarılması və Ukrayna ətrafındakı vəziyyət də daxil olmaqla digər məsələlər müzakirə ediləcək.
Eldar Tanrıverdiyev