Ukrayna şirniyyatları qadağan edildi

 Ukrayna şirniyyatları qadağan edildi
  05 Sentyabr 2014    Oxunub:1777
Rusiya bu gündən etibarən Ukrayna şirniyyatlarının ölkə ərazisinə idxalını qadağan edib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən Rusiya istehlakçı hüquqlarının müdafiəsi və insan sağlamlığı sahəsində nəzarət üzrə Federal Xidmət Ukraynanın “Konti” və “AVK” şirkətlərində yoxlamalar aparıb. Araşdırmalar nəticəsində istehlakçıların hüquqlarının qorunması üzrə qanunvericiliyin tələblərinin pozulduğu aşkarlanıb.

Qeyd edək ki, 2013-cü ildə Ukraynanın “Roshen” şirkətinin məhsullarının da Rusiyaya idxalı qadağan edilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti