Xamneyi ABŞ-la əlbir oldu – İŞİD-ə qarşı

Xamneyi ABŞ-la əlbir oldu – İŞİD-ə qarşı
  05 Sentyabr 2014    Oxunub:2490
İranın ali dini lideri Əli Xamneyi İran rəsmilərinin ABŞ Müdafiə Nazirliyi ilə danışıqlar aparmasına razılıq verib.
AzVision.az-ın məlumatına görə, bu barədə “BBC”-yə İrandan olan yüksək rütbəli mənbə bildirib.

Yayılan məlumatlara görə, İraqın şimalında kürdlərin nəzarət etdiyi ərazidə artıq ABŞ və İran rəsmiləri arasında danışıqlar gedir. Bu danışıqlarda İŞİD-ə qarşı birgə atılacaq addımlar müzakirə edilir.

Həm ABŞ, həm İran İŞİD-i bütün Yaxın Şərq təhlükəsizliyi üçün ən əsas təhlükə hesab edir.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti