Ərdoğan Obama ilə görüşdü, Güləni istədi

Ərdoğan Obama ilə görüşdü, Güləni istədi
  06 Sentyabr 2014    Oxunub:2607
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Uelsdə keçirilən NATO sammiti çərçivəsində ABŞ prezidenti Barak Obama ilə görüşüb.
AzVision.az xəbər verir ki, prezidentlərin görüşündə bölgədə baş verən son proseslər geniş müzakirə edilib. 1 saatdan çox çəkən görüş mətbuata qapalı keçirilib.

Ərdoğanla Obamanın görüşündə həmçinin Fətullah Güənin qaytarılması və İŞİD məsələsi də müzakirə olunub.

Ərdoğanı prezident seçilməsi münasibətilə bir daha təbrik edən Obama Türkiyənin ABŞ və müttəfiqləri üçün çox önəmli ölkə olduğunu qeyd edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti