`Vasmoy bazarı` satılır - 1 milyon manata
Bu barədə fins.az-a QKDK-ya istinadən xəbər verir. Hərraca hər birinin nominal dəyəri 2 manat olan 515541 səhm çıxarılacaq. Beləliklə, bazar təxminən 1 milyon manat məbləğində qiymətləndirilib. Məlumata görə, emissiya qapalı olacaq, yəni buracxılan səhmləri yalnız bazarın indiyədək olan səhmdarları ala biləcək.