ABŞ Müdafiə Nazirliyi Somalidə apardığı əməliyyatlar zamanı “Əş-Şəbab” terror təşkilatının rəhbəri Əhməd Qudanın öldürüldüyünü bəyan edib.
AzVision.az xəbər verir ki, Pentaqonun sözçüsü Con Kirbinin bildirilənlərə görə, “Əş-Şəbab” lideri sentyabrın 1-də Amerika ordusunun keçirdiyi əməliyyat nəticəsində məhv edilib. Con Kirbi Əhməd Qudanın öldürülməsinin terror təşkilatı üçün ağır itki olduğunu və bundan sonra da ABŞ radikal təşkilatlara qarşı amansız mübarizə aparacağını açıqlayıb.