ABŞ-ın məşhur qəzeti Qarabağdan yazdı

ABŞ-ın məşhur qəzeti Qarabağdan yazdı
  06 Sentyabr 2014    Oxunub:1489
Amerikanın nüfuzlu “The Huffington Post” qəzeti jurnalist və siyasi icmalçı Klod Salhaninin “Dağlıq Qarabağ münaqişəsi müharibə və ya sülh yolu ilə” sərlövhəli məqaləsini dərc edib.
Klod Salhani yazır ki, münaqişənin həllinin üç yolu var. Tərəflər status-kvonun davam etdirilməsinə razılaşa və bir-birini atəşə tutmağı və hərbi ritorikanı davam etdirə bilərlər.

Bu variantın müsbət və mənfi tərəfləri var. İlkin mərhələdə üstünlük Ermənistanın tərəfində olacaq, çünki o hələ də Sovet İttifaqının dağılması zamanı zəbt etdiyi torpaqları – Azərbaycan ərazisinin işğal altında olan iyirmi faizini nəzarətdə saxlayır. Müəllifin fikrincə, lakin bu, Ermənistan üçün uzaqgörən variant deyil. Çünki bu, gələcəkdə müvafiq hərbi eskalasiya üçün əsas yaradacaq. Bakı müəyyən məqamlarda hiss edir ki, onun başqa variantları qalmayıb.

İkinci variant – məsələnin müharibə yolu ilə həllidir. Bu zaman Azərbaycan qeyd-şərtsiz hərbi üstünlüyə malik olacaq. Lakin bu variantda risklər mövcuddur. Çünki bu, regional toqquşmaya gətirib çıxara bilər.

Sonda müəllif üçüncü varianta - iki tərəf arasında dialoqa və münaqişənin sülh yolu ilə həlinə çağırır.

Sözügedən məqalə ilə BURADAN tanış ola bilərsiniz.


Teqlər:





Xəbər lenti