Putin Poroşenko ilə razılığa gəldi
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, telefon danışığında prezidentlər Ukraynanın şərqində gedən prosesləri müzakirə ediblər.
Münaqişə bölgəsində atəşkəs rejiminə əməl edilməsindən məmnunluq ifadə edən prezidentlər Donetsk və Luqansk vilayətlərinin sakinlərinə humanitar yardımın çatdırılması məsələsini də müzakirə ediblər.
Kremlin mətbuat xidmətindən bildiirlib ki, Putin və Poroşenko danışıqların davam etdirilməsinə dair razılığa gəliblər.
AzVision.az