ABŞ-ın müdafiə naziri Gürcüstandan Rusiyaya meydan oxudu

ABŞ-ın müdafiə naziri Gürcüstandan Rusiyaya meydan oxudu
  08 Sentyabr 2014    Oxunub:2830
Dünən ABŞ-ın müdafiə naziri Çak Heygel 2 günlük səfərlə Gürcüstana gəlib. O, burada Gürcüstanlı həmkarı İrakli Alasinya və generallarla görüşüb. Onun Gürcüstanın prezidenti və baş naziri ilə də görüşü olacaq.

Dünən axşam Heygel Amerika təlimatçılarının xidmət etdiyi “Krtsanisi” hərbi təlim mərkəzində mətbuat konfransı keçirib. Konfransda Heygel Rusiyanı “Öz qoşunlarını Gürcüstan sərhədi yaxınlığından tamamilə çəkməyə” çağırıb.

Pentaqonun şefi Rusiyanın yaxın qoşunlarını ilə münasibətlərini “meydan oxumaq” kimi qiymətləndirib: “Rusiyanın Gürcüstan və Ukraynadakı davranışları meydan oxumaqdır ki, ABŞ buna çox ciddi yanaşır”.

Tariyel
AzVision.az



Teqlər:





Xəbər lenti