Ermənistan “Yeni SSRİ”yə Qarabağsız gedir

Ermənistan “Yeni SSRİ”yə Qarabağsız gedir
  08 Sentyabr 2014    Oxunub:2741
Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olması prosesi davam edir və bu məsələdə zamanla konkret nəticələr olacaq.
AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Avstriyadan olan həmkarı Sebastyan Kurçla birgə keçirdiyi mətbuat konfransı zamanı bildirib.

Ermənistanın Aİİ-yə üzv olması zamanı Qarabağ probleminə toxunan Nalbandyan vurğulayıb ki, Ermənistan tərəfi aydın şəkildə bəyan edib ki, ölkə İttifaqa Qarabağsız daxil olur: “Biz Aİİ-yə Qarabağla birgə daxil olacağımızı deməmişik. Bu maneə ola bilməz”.

Ermənistanın Avropa İttifaqı (Aİ) ilə assosiasiya məsələsini bağlı hesab etmək olarmı sualına cavablandıran Nalbandyan bildirib ki, Ermənistan və Aİ əməkdaşlığı davam etdirmək barədə qərar verib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti