Malinovkada toy (bizim dövr). Birinci hissə

Malinovkada toy (bizim dövr). Birinci hissə
  26 Aprel 2013    Oxunub:3047
Eynulla Fətullayev / haqqin.az

Bu yaxınlarda İsa Qəmbərin oğlunun toyu oldu. Bu toydan sonra mən özüm üçün daha bir nəticə çıxarmış oldum – Azərbaycanda ciddi siyasi jurnalistika qalmayıb. Çünki, tabloidlər sarı vərəqələr, kübar xronika və bulvar istisna olmaqla, dünyada özünə hörmət edən heç bir KİV hətta ABŞ prezidentinin iki qızının toyuna öz nəşrinin iki sətrini belə həsr etməzdi.


Özünüzə təsəvvür edə bilərsinizmi ki, “Vaşinqton post” və ya “Foreign Policy” öz oxucu auditoriyasının qarşısına Klintonun süvimli qızı Çelsinin toyundan fotoreportajı təqdim etmiş olsun? Dövlət katibinin qızının sadə toyu kiçik ailə məclisində, yaxın dostların və qonaqların arasında qeyd olunmuşdur. Zala hətta jurnalistləri belə buraxmadılar. Mənim fikrimcə, əgər dünyanın nüfuzlu təbəqəsi öz sevimli qızı üçün təmtəraqlı toy məclisini keçirmək istəsəydi, bu dünyanın kübar xronikasının işarəli hadisəsinə çevrilərdi. Lakin, bu hadisə gözə çarpmadan keçdi.



Məsələn, İsveçrə taxtının və ya Britaniya tacının varisinin toyunu götürək – gözlərə sadəlik, zövq və ziyalılıq çarpır. Yeri gəlmişkən, Azərbaycan Prezidentinin qızı arzu Əliyevanın da toyunu xatırlamaq olar. Bu xanım adi insanla deyil, böyük Rusiya mesenatının oğlu ilə ailə qururdu. Buna baxmayaraq, ilham Əliyev Bakı yaxınlığında sadə bir yerdə dostlarını və kolleqalarını kiçik məclisdə topladı və burada açıq havada yeni ailə xoşbəxtliyini qeyd etdi. Hər bir şey zövqlə hazırlanmışdır, ziyalılıq, hətta, mən deyərdim, aristokratlıq mövcud idi...



Lakin, mənim İsa Qəmbərin, daha dəqiq desək, onun oğlunun toyunun feysbukda və youtubda yayımlanmış şəkillərində və video çarxlarında gördüklərim məni sadəcə məyus etdi, bir qədər təəccübləndirdi, bəlkə də heyrətə gətirdi. Sadə insanın toyunu (hər hansı İlkin Qəmbərovun siyasi xadim İsa Qəmbərin oğlu olması hələ əsas vermir ki, bu cür üstünlüklərə sahib olsun, deyil mi?) müəyyən bir inqilabi – siyasi yığıncağa çevrilmişdir və ac xalqa (müxalifətçilər və müsavatçılar isə məhz bu cür hesab edirlər) ləziz yeməklər və içkilərlə, zəngin böyük masaları və bahalı musiqiçilər və müğənnilərlə zəngin kral ziyafətini nümayiş etdirmişdir. İsə Qəmbər nəyi göstərmək istəyirdi? Nəyi və kimə sübut etmək istəyirdi?

Bəs Həcc necə olsun?

Bu yaxınlarda İsa Qəmbər Türkiyəyə iş səfəri etmişdir. O, burada xal lideri və hakimiyyətə daha böyük namizəd qismində özünü təqdim etməyə çalışmışdır. Yerinə düşər desək ki, səfər mənə Türkiyədə deyildiyi kimi, uçuruma məruz qalmışdır. Mürtəd və mədəni dərnəklərin nümayəndələrindən başqa İ. Qəmbər ilə heç kim görüşməmişdir. Baxmayaraq ki, Ankarada olduğu müddətdə başqan hər cür öz islam düşüncələrini və Həci titulunu nümayiş etdirmək istəmişdir – axı bu gün Türkiyədə siyasi İslam dəbdədir, hakimiyyətdə Ərdoğanın qeyri islam dəstəsidir – özünü mömin və islam ideallarının qoruyucusu kimi qələmə verməyə çalışmışdır. Çox gözəl, baxmayaraq ki, mən kübar insanam, dini düşüncələrə tolerant münasibət göstərirəm. Lakin, öz islam yığıncağından sonra İ. Qəmbər Quranın və Sünni hədislərinin bütün yazılmış qanunlarına zidd olan məclis keçirmişdir. İ. Qəmbərin pulları ilə alınmış alkoqollu içkilərlə keflənirdilər, kübar qisimdə özlərini təqdim edən xanımlar atlanıb-düşür, rəqs edirdilər, bir sözlə, hər şey islama, hətta xristian notlarına belə zidd idi. Yəni, Hacı Qəmbəri onun bütpərəst obrazı da utandırmırdı? Bəs Ərdoğan? Bəs siyasi islam və Anatoliya gəzintiləri zaman müxalifətçinin dayanmadan danışdığı Osmanlı ənənələri?



Mən başa düşürəm ki, Qəmbər Diogen deyil, və dahi Makedonskiyə də - cəhənnəm ol, mən Günəşə baxıram, deyə bilməz. Mən lap əvvəldən bilirdim ki, Qəmbər Kant deyil, və onun üçün səma okeanında ulduzları seyr etmək darıxdırıcıdır. Prinsipcə burada həmişə çox az ideyalıq mövcud idi. Dünyagörüşü dəyər sisteminin tam yoxluğu! Lakin, mən bilmirdim ki, o, bu qədər ucuzlaşıb. Mənəvi cəhətdən yəni... Qəmbər təcili olaraq islamdan imtina etməlidir, yoxsa Ərdoğan və ya türk elitası onu sadəcə düz anlamayacaq! Mürtədlik, cənablar, həm də ən aydın şəkildə!

Bəs sosial mədəniyyət?

Lakin, siyasi ədəbsizliyi bir kənara qoyaq. O, bizim iqtidardan olan siyasətçilərimizə xasdır və biz buna Qəmbərin gözü önündə Ali Sovetin foyesində Zərdüşt və Araz Əlizadə qardaşlarını az qala öldürməyə nail olacaqları zamanlardan əmin olmuşuq. Buna görə də, Hacının mürtəd yığıncağını təşkil etməsi heç də təəccüblü deyil.

Heyrətləndirən digər məqamdır – məşhur akademikin oğlu Qəmbər. Demək olar ki, ziyalı ailədə böyüyüb, şəhər mədəniyyətinə uyğunlaşıb, mənə elə gəlirdi ki, kim olur, olsun, amma o, Azərbaycan toyunun ənənəsini davam etməz – çalovşəkilli atavizmi, Freydin hüquqsuz insanlar dairəsində özünü təsdiq etmək kompleksini, gənc ailələrin sosial sığortalanmasının özünəməxsus bədnam formasını. Ölkədə ali hakimiyyətə namizədlik edən, xalqa sosial-mədəni islahatları vəd edən Azərbaycanın siyasi lideri “palatka toyu” üslubunda toy məclisi keçirir, “dayanacaqların kraliçası” Nazpəri Dostəliyevaya qarşı öz heyranlığını gizlətmir. Ali pilotaj, deməyə söz tapmaq olmur!



Mən də məhz bundan qorxuram – vəhşi Azərbaycan çoşqalarının siyasi hakimiyyətə gəlməsindən! Müxalifətçinin alkoqollu zalı isə məhz bu cür siyasi materialdan ibarət idi. Bəzən bu siyasi rəhbərləri qeyri bolşeviklər adlandırırlar, Lenin ziyalılarının parlaq nümayəndələri ilə analogiyalar edirlər. Bu cür müqayisə onlarda qəzəb hissi oyadır, çünki bolşevik elitasının nümayəndələri, qabaqcıl qərb sosial mədəniyyətinin daşıyıcıları öz dünyagörüşü fəlsəfələri ilə ziyalı və savadlı insanlar idi. Onlar öz qəzetlərini daxili işlər naziri Vittenin pulları ilə dərc etmirdilər!
Bəs bu möhtərəm cənablar – islamçılar kimlərdir? Kommunistlər? Keçmişdə idilər! Demokratlar? Belə, Qəmbərin demokratiyasını biz sosial şəbəkələrdə görürük – səbirsizlik və cəhalətpərəstlik nümunəsi. Bəs onlar həqiqətdə kimlərdir?

Ürəkbulandırıcı makiavelliçilik

Müxalifət liderinin dünya görüşünü və sosial mədəniyyətini kənara qoyaq, ölkənin əsas oliqarxlarından birinə məxsus restoranda – sütunlu zalda şöhrətpərəst müxalifət toyunun keçirilməsi də bir çox suallar doğurmuş oldu. “Xudafərin” restoranı kimə məxsusdur? Bu restoran həmən oliqarxındır ki, ona həmçinin, İsa Qəmbəri təbliğ edən qəzet və sayt da məxsusdur. Bu qəzetin və bu saytın sahibləri bu oliqarxın kölgəli xəzinəsindən hər ay 30 min manat alırlar. İ. Qəmbər bu barədə bilmir? Mən qəbul edə bilərəm ki, İ. Qəmbər şadlıq evinin sahibi haqqında xəbərdar deyildi, - lakin, nəzərə alsaq ki, əvvəlcə bu şadlıq evinin sahibi müxalifətçiyə toyun keçirilməsində imtina etmişdir, bu az ehtimal oluna bilər. Lakin, sonra naməlum səbəbdən yola gəldi və razılıq verdi. İnanmaq çətindir ki, İ. Qəmbər bu şadlıq sarayının əsl sahibinin kim olduğunu bilmir. Yəni, o, bu qədər avamdır? Təbii ki, deyil! Bəlkə o, saatlarla oliqarxların kabinetlərində vaxt keçirən və onlara öz yoldaşlarının planları barədə danışan müavinləri barədə xəbərsizdir? Yenə də yox! Görünür, siyasi sivilizasiyanın arxa yerlərinə düşmüş İ.Qəmbərə bir yolla dolanmaq lazımdır. partiya yoldaşları da onunla bölüşür? Nuş olsun, əgər bu o cür dadlıdırsa! Bəs axı pullar yanıqdır? Kölgəlidir! Bu məhz dövlət büdcəsindən oğurlanmış və ya sadə müsavatçıların döyüldüyü polis bölmələrindən alınmış pullardır. Deməli, belə çıxır ki, İsa Qəmbər və onun dostları öz yoldaşlarının bədbəxtçiliyindən qazanırlar?!

Bu acı həqiqətdirmi? Xoşunuza gəlmir? Hökumətin pullarına yaşayan, səhərlər isə hələ yetişməyən, güclənməyən gəncləri NİD təşkilatından eşafota, qalaya və ya həbsxanaya göndərən insanın bu cür mənəviyyatsız hərəkəti bizim də qəti xoşumuza gəlmir! İ. Qəmbərin oğlu isə - yeni Evlənən İlkin Qəmbər və ya onun böyük qardaşı - NİDA hakimiyyətindən azadlıqda qalan yeganə aktivist, naməlum səbəbdən mübarizə dostlarının həbsxana həyatından yaxalarını qurtara bilirlər. Bütün bunlar qəribədir. Makiavelliçilik kimi qələmə verilən bu cür mənəviyyatdan adamın ürəyi bulanır.




Qəmbərin əsgərləri və əsgər Qəmbər.

“Xudafərin” restoranında gördüklərimiz - bəla zamanı ziyafətdir. NİDA uşaqlarına qarşı sərt hökm üzərində hakimin mürəkkəbi hələ qurumamışdır ki, İ. Qəmbər və onun oğlu - “əsgər ölümü” aksiyasının ilhamçıları təntənəli və təmtəraqlı şənlik təşkil etdilər. İ. Qəmbərin və onun oğlanlarının çıxışlarından görünür ki, onlar əsgərlərin ölümünə görə çox pis olmuşlar və buna görə çox qəzəblidirlər. Ola bilər, mübahisə etmirəm. Özgə qəlbi qaranlıqdır. Lakin, cənab Qəmbər, bir suala cavab verin, zəhmət olmazsa – bəs siz öz oğlunuzu, məhz bu İlkin Qəmbəri hərbi mükəlləfiyyətdən necə qurtara bildiniz? Hansı səbəbdən o, vaxtından əvvəl Azərbaycan ordusundan tərxis olunmuşdur? Öz hərəkətinizdən utanıb, seçicilərinizə həqiqəti bildirmək istəmirdiniz? Mən isə danışacağam!

Azərbaycan ordusunda de-fakto azad etmək (yəni, sağlamlıq vəziyyətinə görə tərxis etmə) həbsxanalarda aktlaşdırma kimi, qadağandır, baxmayaraq ki, qanun həkim-ekspert komissiyasının rəyi əsasında tərxis etməni nəzərdə tutmuşdur. Lakin, bu institusional noma 90-cı illərin sonundan bizim orduda keçici deyil, mən buna Bayıl hərbi hospitalında olduğum zaman şəxsən əmin oldum. Hərbi xidmətdə olduğum zaman mən demək olar ki, sağalmaz bir xəstəliyə - psoriaz dəri xəstəliyinə tutuldum, HEK inadlı tövsiyələrinə baxmayaraq, məni tərxis etmədilər və yenidən öz xəttə göndərdilər. İ. Qəmbərin oğlu, tamamilə fərqlidir ki, onu əvvəlcə hərbi xidmətə çağırdılar, lakin, 4 ay keçəndən sonra tamamilə yararsız və boş səbəbdən tərxis etdilər. Hadisə tamamilə sıradan kənar çıxan hadisələrdəndir. Qəmbərin oğlu İlham Əliyevin hakimiyyəti dövründə Əbiyev ordusunda ilk və son tərxis olunmuş əsgər oldu (yaralanmadan, ayaq və ya əllərinin amputasiyası səbəbindən əlilliyi olmadan!).

Bu da, mənim fikrimcə, müxalifətçinin üstünlüyü deyil, əksinə, müxalifət partiyasının hakimiyyət içərisində himayəçilərinin tamamilə qanunsuz müdaxiləsidir. Onların fəaliyyətinə görə daim göz yaşı tökənlərin. Hakimiyyətdə himayəçilərin bu əsgəri sonrakı xidmətdən xilas etdiklərindən sonra Azərbaycan reallığını dərk etməyən gənclərin azadlığı ilə, əsgər ölümləri faktı ilə alver etmək üçün ən azı həddindən artıq həyasız olmaq lazımdır! buna baxmayaraq, canını qurtarmış oğul da, onun atası da bu alveri edirlər. Bax bu cür müxalifətimiz var bizim!

(İkinci seriya yaxın buraxılışlarda)


Teqlər:  





Xəbər lenti