Erməni deputatlardan yezidi kürdlərə yardım

Erməni deputatlardan yezidi kürdlərə yardım
  08 Sentyabr 2014    Oxunub:1368
Ermənistan parlamentin deputatları İraqda yezidi kürdlərə yardım etməsi məqsədilə xüsusi bank hesabı yaradılıb.
AzVision.az-ın erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov bildirib.

“Siz məlumdur ki, Ermənistan yezidilər cəmiyyəti İraqda yaşayan yezidi kürdlərə yardım etmək məqsədilə müraciət edib. Mən deyə bilərəm ki, artıq bu barədə müvafiq hesab açılıb. İraqda yezidi kürdlərə yardım etmək istəyən deputatlar bu hesaba yardım məqsədilə vəsaitlərini köçürə bilərlər” – deyə, Şarmazanov bildirib.

O, həmçinin bütün deputatları bu təşəbbüsü dəstəkləməyə və bu çətin vəziyyətdə yezidi kürdlərə yardım etməyə çağırıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti