Azərbaycanda "Elm Günü" təsis olunur

Azərbaycanda "Elm Günü" təsis olunur
  26 Aprel 2013    Oxunub:1273
Azərbaycanda "Elm Günü"nün təsis olunması nəzərdə tutulur.
Milli Məclisdən verilən məlumata görə, bu barədə maddə yeni hazırlanmış "Elm haqqında" qanunda öz əksini tapıb.

Bildirilib ki, elm sahəsinin və bu sahədə çalışan alimlərin, mühəndislərin, konstruktorların və digər işçilərin cəmiyyət həyatının inkişafında xüsusi rolunu və əhəmiyyətini nəzərə alaraq belə bir gün təsis olunacaq.

Həmçinin qanun layihəsində qeyd olunur ki, təsir gücünə malik olan, istinad indeksli jurnallarda dərc olunan hər bir elmi məqaləyə görə müəllifə minimum əməkhaqqının 10 misli həcmindən az olmamaq şərtilə qonorar veriləcək.

Bu jurnalların siyahısı dövri mətbuatda dərc ediləcək və səlahiyyətli orqanların internet resurslarında yerləşdiriləcək.

Elmi fəaliyyətin və elmi işçilərin stimullaşdırılması ilə bağlı qanun layihəsində həmçinin qeyd olunur ki, elmin inkişafı, elmi tədqiqatların nəticəsi və səmərəliliyin yüksəldilməsi, milli elmi mərkəblərin yaradılması, elmi biliklərin yayılması və tanıdılması, müasir gənclərin elmi fəaliyyətə daha fəal cəlb edilməsi məqsədilə müxtəlif maddi, mənəvi həvəsləndirmə vasitələrindən və mexanizmlərindən istifadə ediləcək.(trend)



Teqlər:  





Xəbər lenti