Rusiyaya qarşı yeni sanksiyalar təsdiqləndi
Onun sözlərinə görə, hazırda Aİ Ukraynada atəşkəs barədə planın reallaşdırılmasını qiymətləndirir. Yalnız bundan sonra Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi barədə qərar veriləcək.
Məlumata görə, Rusiya neft şirkətlərinin Avropa kapital bazarına çıxışı məhdudlaşdırılacaq. Qeyd edək ki, daha əvvəl anoloji sanksiyalar Rusiya dövlət banklarına şamil edilmişdi. Məlumata əsasən, sanksiyalar aktivlərinin sayı 3 trilyon rubldan çox və gəlirlərinin yarısı neft və neft məhsullarının satışından əldə olunan şirkətlərə tətbiq ediləcək. “The Financial Times”-ın hesablamalarına görə, sanksiyalar “Rosneft”, “Qazpromneft” və “Transneft” şirkətlərinə şamil ediləcək.
Eldar Tanrıverdiyev