Avropadan Ermənistana 170 milyon yardım
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.
Proqram çərçivəsində Əlcəzair, Ermənistan, Azərbaycan, Belarus, İordaniya, Livan, Liviya, Mərakeş və Tunisə maliyyə yardımının ayrılması nəzərdə tutulur. Proqramın ümumi həcmi 5,5 milyard avro təşkil edir.
Beləliklə, Aİ 2014-2017-ci illərdə Ermənistanda özəl sektorun inkişafına, dövlət idarəçilik və hüquq sistemində islahatların aparılmasına 140-170 milyon avro vəsait ayıracaq.
“Bizim “Şərq tərəfdaşlığı” proqramı üzrə ölkələrlə əlaqələrimiz həmişə prioritet olub. Bizim bu ölkələrlə sıx əlaqələrimiz var və biz onların qarşılaşdığı siyasi və iqtisadi problemləri aradan qaldırmaqda bu ölkələrə mühüm rol oynayırıq”, –deyə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Ketrin Eşton bildirib.
Eldar Tanrıverdiyev