Lavrov Ukraynadakı vəziyyətdən danışdı

Lavrov Ukraynadakı vəziyyətdən danışdı
  09 Sentyabr 2014    Oxunub:1302
Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, xırda insidentlərə baxmayaraq rəsmi Kiyev və Rusiyameylli qüvvələr atəşkəsə əməl edirlər. B
u barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

“Ümumilikdə, atəşkəs rejiminə əməl edilir. Düzdür xırda insidentlər var və tərəflər bunda bir-birini günahlandırır” – deyə, Rusiya XİN rəhbəri bildirib.

Öz növbəsində, Ukrayna tərəfi bəyan edib ki, ölkənin şərqində atəşkəs rejiminin elan olunmasından sonra 4 Ukrayna hərbçisi öldürülüb, daha 29 nəfər isə yaralanıb.

Qeyd edək ki, Kiyev rəhbərliyi və Rusiyameylli qüvvələr arasında atəşkəs barədə razılaşma sentyabrın 5-də qüvvəyə minib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti