Kerri İŞİD-ə görə Ərəbistana gedir

Kerri İŞİD-ə görə Ərəbistana gedir
  09 Sentyabr 2014    Oxunub:1384
ABŞ dövlət katibi Con Kerri Səudiyyə Ərəbistanında ərəb ölkələrinin xarici işlər nazirləri görüşəcək.
AzVision.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, Kerri burada ərəb həmkarları ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı koalisiya yaratmağa çalışacaq.

Məlumata əsasən, Ciddə şəhərində keçiriləcək danışıqlar cümə axşamına kimi davam edəcək. Danışıqlarda Misir, İordaniya, İraq və daha 5 ərəb ölkəsinin xarici işlər nazirinin iştirak edəcəyi gözlənilir.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti