Amerikalılar Obamadan narazıdır – Sorğu

Amerikalılar Obamadan narazıdır – Sorğu
  09 Sentyabr 2014    Oxunub:1526
“The Washington Post” qəzeti və “ABC News” telekanalının birgə keçirdiyi sorğuya əsasən ABŞ vətəndaşlarının böyük əksəriyyəti prezident Barak Obama və Konqresin işindən narazıdır.
AzVision.az-ın məlumatına görə, sorğuda iştirak edən amerikalıların 51%-i Obamanın prezidentlik dövrünün ABŞ üçün uğursuz olduğunu bildirib.

ABŞ əhalisinin 77 %-i Konqresin işindən narazıdır. Rəyi soruşulan şəxslərin respondentlərin 61% demokratların, 72%-i isə respublikaçıların narazıdır.

ABŞ vətəndaşlarının Obamanın Rusiya və Ukrayna ilə bağlı siyasətinin qiymətləndirilməsi ilə bağlı da fikirləri də ikiyə bölünüb: Respondentlərin 43% prezidentin çox ehtiyatlı olduğunu düşünür. Digər 43% isə onun apardığı siyasətin düzgün olduğunu bildirib. ABŞ vətəndaşların 14% isə bununla bağlı fikir bildirməkdən imtina edib.

Rəyi soruşulanların 55% -i “güclü lider” ifadəsinin Obama barəsində işlədilməsinin yolverilməz olduğunu bildirib.

Sorğu 4-7 sentyabr tarixlərində 1001 ABŞ vətəndaşı arasında aparılıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti