Ermənilər azərbaycanlı girovu qaytarır

Ermənilər azərbaycanlı girovu qaytarır
  10 Sentyabr 2014    Oxunub:1800
Ermənilər girov götürdüyü Azərbaycan vətəndaşı, 15 yaşlı məktəblini geri qaytarmağa hazır olduğunu bəyan edib.
Bu barədə "Armenia Today" saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, qondarma `Dağlıq Qarabağ Respublikasının` rəhbərliyi 15 yaşlı azərbaycanlı girovu geri qaytarmağa hazırdır.

Xatırladaq ki, Azərbaycan vətəndaşı, 15 yaşlı Cavid Samir oğlu Məmmədov sentyabrın 5-də Tərtər rayonunun Çaylı kəndi yaxınlığında erməni hərbçilər tərəfindən girov götürülüb. Cavid Məmmədov II qrup əlildir.


Teqlər:





Xəbər lenti