ABŞ İŞİD-lə müharibəyə başlayır

ABŞ İŞİD-lə müharibəyə başlayır
  10 Sentyabr 2014    Oxunub:2052
ABŞ prezidenti Barak Obama Konqresin icazəsi olmadan İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı müharibəyə başlayacaq.

AzVision.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə Obama hər iki partiyanın liderləri ilə görüşü zamanı bildirib.

ABŞ Nümayəndələr palatasının spikeri, Respublikaçılar partiyasının üzvü Con Beyner Obamanın bu təşəbbüsünü də təsdiqləyib.

ABŞ prezidenti Barak Obamanın sentyabrın 11-də islamçılarla mübarizədə yeni strategiyanı açıqlayacağı gözlənilir.

ABŞ qanunvericiliyinə görə, prezidenti Konqresin icazəsi olmadan 60 gün müharibə aparmaq hüququna malikdir.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti