Ruhani qadınlara hicab azadlığı verir

Ruhani qadınlara hicab azadlığı verir
  10 Sentyabr 2014    Oxunub:4355
İran prezidenti Həsən Ruhani ölkədə qadınların baş örtüyü məcburiyyətini və internetdəki qadağaları tənqid edib.
AzVision.az-ın məlumatına görə, İran prezident bildirib ki, qadınlar başlarını polis və hərbçilərin məcburiyyəti ilə bağlamamalıdır:

“Bu günə qədərki təcrübəmiz göstərir ki, buna zorla nail olmaq olmaz. Polislə hərbçinin yerini alimlər, mütəfəkkirlər və universitet müəllimləri almalıdır. İndiki dövrdə gəncləri məcbur etmək olmaz, bu, yalnız təbliğatla olmalıdır”.

İslamın yaxşılığı əmr etdiyini vurğulayan Həsən Ruhani deyib ki, cəmiyyətdə əxlaqi qaydalar təbliğat yolu ilə bərqərar edilməlidir:

İranda internetə münasibəti qınayan Ruhani problemlərin qadağa ilə həll olunmadığını qeyd edib.

“Onu bağlayıb, bunu qadağan etməklə nəticə əldə etmək olmur. Biz elə bilirik ki, divar hörmək, maneə qoymaqla işlər həll olur. Siz filtir tətbiq edirsiz, onlar da filtiri qıran proqramlar hazırlayır. Bu problemlər qadağa ilə həll olmur. Olsaydı bu günə qədər həll olardı”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti