Bakıda yanğın-2 nəfər yanıq xəsarəti alıb

Bakıda yanğın-2 nəfər yanıq xəsarəti alıb
  26 Aprel 2013    Oxunub:1313
Yanğın Bakı şəhəri, Qaradağ rayonunda baş verib. Digər bir yanğın isə Nizami rayonunda qeydə alınıb
Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 25 kv.m sahədə yanıb. FHN-dən AzVision.az-a verilən məlumata görə, yanğın zamanı evdə yaşayan vətəndaş əl-üz nahiyəsindən yanıq xəsarətləri alaraq Təcili Tibbi Yardım Xidməti tərəfindən xəstəxanaya çatdırılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 14:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər bir yanğın zamanı Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 86 kv.m olan birmərətbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı evdə təmir işləri aparan, şəxsiyyəti məlum olmayan vətəndaş müxtəlif yanıq xəsarətləri alaraq Təcili Tibbi Yardım Xidməti tərəfindən Yanıq mərkəzinə çatdırılıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın saat 16:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti