Fələstində qətliam davam edir

Fələstində qətliam davam edir
  10 Sentyabr 2014    Oxunub:1024
İsrail hərbçiləri İordan çayının qərb sahilində fələstinli gənci öldürüb.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

İsrail Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hərbçilər gecə reydi zamanı fələstinli gənci öldürüb: “Fələstinli gənc hərbçilərə partlayıcı maddə atmaq istəyərkən zərərsizləşdirib”.

Hadisə şahidlərinin sözlərinə görə, əl-Amari düşərgəsində qaçqınlar hərbçiləri daş-qalaq edib. Buna cavab olaraq hərbçilər etirazçılara atəş açıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti