Ukraynadan Rusiyaya qarşı sanksiyalar

Ukraynadan Rusiyaya qarşı sanksiyalar
  10 Sentyabr 2014    Oxunub:1384
Ukrayna prezidenti Pyotr Poroşenko “Sanksiyalar haqqında” qanunu layihəsini imzalayıb.
Bu barədə AzVision.az “İnterfax”a istinadən xəbər verir.

Yeni qəbul edilən qanuna əsasən Ukrayna fiziki və hüquqi şəxslərin sahib olduğu şirkətlərə qarşı sanksiyaların tətbiq olunmasını nəzərdə tutur. Hər hansı bir şirkətə qarşı sanksiyalar Ali Rada tərəfindən qəbul olunduqdan sonra Ukrayna Milli Təhlükəsizlik və Müdafiə İdarəsi və prezident tərəfindən təsdiqlənməlidir.

Sanksiyalar qəbul olunduqdan 48 saat sonra qüvvəyə minəcək.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti