Rusiya Xəzərdə genişmiqyaslı təlimlərə başladı

Rusiya Xəzərdə genişmiqyaslı təlimlərə başladı
  10 Sentyabr 2014    Oxunub:1394
Rusiyanın cənubunda Hava Hücumundan Müdafiə qüvvələri, aviasiya və Xəzər Dəniz Donanmasının gəmilərinin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

“Cənub Hərbi Dairəsində keçirilən təlimlər zamanı şərti rəqibin qəfil aviasiya və raket hücumun qarşısının alınması məşq etdiriləcək. Bundan başqa hərbçilər ən müasir S-400 “Triumf” zenit-raket komplekslərindən də atəş açacaqlar” – deyə, məlumatda bildirilir.

Ümumilikdə, təlimlərdə 15 hərbi gəmi, 50-dən çox hərbi texnika və mindən çox hərbçi iştirak edəcək.

Cənub Hərbi Dairəsinin rəisinin müavini general-leytenant Aleksandr Romançuk hərbi təlimlərə rəhbərlik edəcək.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti