`Erməni soyqırımını` inkar edənlər həbs ediləcək

`Erməni soyqırımını` inkar edənlər həbs ediləcək
  10 Sentyabr 2014    Oxunub:2715
Yunanıstan parlamenti yeni qanun qəbul edib.
AzVision.az “Media forum”a istinadən xəbər verir ki, qanun irqçilik, ksenofobiya zəminində zorakılığı qızışdırmağa və yunanların, ermənilərin “soyqırımı”nı, Xolokostu, nasizmi inkar etməyə görə məsuliyyət nəzərdə tutur.

Qanuna görə, “soyqırımı”nı inkar edənlər 3 aydan 3 ilədək həbs cəzası ilə cəzalandırılacaqlar. Bu, insanlıq əleyhinə cinayətləri, hərbi cinayətləri, Xolokostu və nasizmi inkar edənlərə də aiddir.

Parlamentin deputatları və məmurlar bu cür hərəkətlərə yol versələr, onları 3 ildən 5 ilədək həbs cəzası gözləyir.

AzVision.az


Teqlər:





Xəbər lenti