Ermənilərdən Yunanıstana `soyqırım` təşəkkürü

Ermənilərdən Yunanıstana `soyqırım` təşəkkürü
  10 Sentyabr 2014    Oxunub:2363
Ermənistan parlamenti irqçilik, ksenofobiya zəminində zorakılığı qızışdırmağa və yunanların, ermənilərin “soyqırımı”nı, Holokostu, nasizmi inkar etməyə görə məsuliyyət nəzərdə tutan qanun layihəsini qəbul etdiyi üçün Yunanıstan parlamentinə təşəkkür edib.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

“Biz bu qanunu qəbul etdiyinə görə, Yunanıstan parlamentinə minnətdarıq” –deyə, Ermənistan parlamentinin spikeri Qalust Saakyan bildirib.

Yunanıstan parlamentində keçirilən səsvermə zamanı qanun layihəsinin lehinə 54, əleyhinə 42 deputat səs verib. Daha 3 deputat isə bu məsələdə bitərəf qalıb.

Yeni qanuna qanuna əsasən “soyqırımı”nı inkar edənlər 3 aydan 3 ilədək həbs cəzası ilə cəzalandırılacaqlar. Bu, insanlıq əleyhinə cinayətləri, hərbi cinayətləri, Holokostu və nasizmi inkar edənlərə də aiddir.

Parlamentin deputatları və məmurlar bu cür hərəkətlərə yol versələr, onları 3 ildən 5 ilədək həbs cəzası gözləyir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti