İranı düşündürən sual: Xamneyinin varisi kim olacaq?

İranı düşündürən sual: Xamneyinin varisi kim olacaq?
  11 Sentyabr 2014    Oxunub:3573
İranın 75 yaşlı Əli Xamneyi bu həftə prostat vəznindən əməliyyat olunub.

AzVision.az-ın “The Times” qəzetinə istinadən verdiyi məlumata görə, bu İranda yenidən Xamneyinin varisinin kim olacağına dair diskussiyaları qızışdırıb.

Ötən gün İran KİV Xamneyinin uğurlu əməliyyat keçirməsinə dair məlumat yayıb. “Bəzi məlumatlara görə, Xamneyi artıq bir ilə yaxındır ki, gizli şəkildə xərçəng xəstəliyindən müalicə olunur” – deyə, nəşrdə bildirilir.

Nəşr bildirir ki, Xamneyinin ölümü və ya onun bir müddətlik öz səlahiyyətlərini yerinə yetirə bilməməsi İranda hakimiyyət uğrunda ciddi mübarizəni başlada bilər.

“Xamneyi heç bir zaman açıq şəkildə hansı siyasətçiyə üstünlük verdiyini açıqlamayıb. O, İranda hakimiyyəti saxlamaq məqsədilə bir-birinə düşmən fraksiyaların mübarizəsinə göz yumur” – deyə, qəzet yazır. Hakimiyyətin potensial varisləri yalnız onun xeyirxahlığına ümid edə bilər.

İranda mühafizəkarlar üçün ən yol verilməz ssenari isə hakimiyyətə sabiq prezident Rəfsəncaninin gəlməsidir. Onların fikrincə, Rəfsəncani İranı Qərblə yaxınlaşdıracaq və ölkə ABŞ-dan asılı vəziyyətə düşəcək.

İranlı mühafizəkarlar ali dini lider kimi tez-tez iki nəfərin - Xamneyinin oğlu Müctəbanın və ultra-mühafizəkar Məhəmməd-Taki Məzba Yəzdinin adını çəkirlər.

“Bir çox mühafizəkarlar Əhməd Hətaminin ali dini lider olmasını istəyirlər. Çünki o, yazıçı Salman Rüşdiyə qarşı fetvanı yenidən təsdiqləyib.” – deyə, “Times” qəzetində nəşr olunan məqalədə bildirilir.

Qeyd edək ki, Əli Xamneyinin 75 yaşı var və o, 25 ildir ki, İrana rəhbərlik edir. 1981-1989-cu illərdə ölkə prezidenti səlahiyyətlərini icra edib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti