Yeni “intim video” qalmaqalı kimə lazımdır? – TƏHLİL

Yeni “intim video” qalmaqalı kimə lazımdır? – TƏHLİL
  11 Sentyabr 2014    Oxunub:58055
İnternetdə daha bir müxaləfətçinin - AXCP gənclər təşkilatının üzvü Səid Nurinin intim videosu yayılıb. Amma bu dəfə həmin videonun yayılması xeyli suallar doğurur.

Yada salaq ki, 2005-ci ildə “Yeni Fikir” gənclər təşkilatı ilə bağlı qalmaqal yarananda Səid Nuri orada sədr müavini idi. Barəsində cinayət işi açılsa da, talessemiya xəstəliyi olduğuna görə həbs edilməmişdi. Daha sonra ABŞ səfirliyinin yardımıyla Amerikaya köçərək, oranın vətəndaşlığını alıb.

İndiki məqamda Səid Nurini intim video vasitəsilə `vurmaq` kimə lazım ola bilər? Bəri başdan deyək ki, hakmiyyət bu işdə qətiyyən maraqlı tərəf kimi görünmür. Çünki Səid Amerikaya köçəndən sonra Azərbaycana gəlib-getsə də, burada siyasi fəaliyyəti olmayıb. Ona görə də, onu “vurmaq” hakimiyyətə lazım deyil – Səid Nuri siyasi oyundan çıxmış fiqurdur. Pərdəarxası oyunlarda qalmağı mümkündür, amma elə fiqurları bu cür publik şəkildə `vurmağın` anlamı yoxdur.

Digər tərəfdən, əvvəllər yayılan videoların məntiqinə fikir versək, onlar müxalifətçiləri ictimai qınaqla üz-üzə qoymağa hesablanmışdılar. Belə ki, həmin videolarda müxalifətçilər Xocalı faciəsi günündə, fahişələrlə, öz qohumunun qızı ilə və s. bu cür qınaq doğuracaq hallarda görüntülənmişdilər. Bunlar ictimai fikirdə radikallara qarşı nifrət yaratmalı idi. Amma Səid Nuri öz sevgilisi Marina Qruzd ilə çəkilib. Burada qınaq doğuracaq elə bir şey yoxdur: aydın məsələdir ki, sevgililərin arasında intim yaxınlığın olması normal və təbii haldır. Yəni bu videonun məntiqi əvvəlkilərdən xeyli fərqlənir.

Bu iki arqument kifayət edir ki, Səid Nurinin videosunun hakimiyyət tərəfindən çəkilib yayılmadığı aydın olsun. Bu halda başqa bir daha maraqlı variant ortaya çıxır.



Son vaxtlarda Azərbaycanda aktual olan “QHT-lərin işi” ilə əlaqəli ola biləcəyi üçün hazırda Səid ölkədən kənara buraxılmır. Ona hansısa rəsmi ittiham elan olunmayıb, amma görünür, bəzi dairələr artıq onun Azərbaycanda saxlanmasından əsəb keçirməyə başlayıblar. Bilmək olmaz, Səidin burda qalması kimlərin haqqında hansı informasiyaların ondan alınması ilə qurtara bilər… Belə bir şəraitdə intim videosunun yayılması Səidin özünə və onu idarə edənlərə daha çox sərf edərdi. Çünki bu adam ən azı publik informasiyanın mənbəyi kimi əvvəlcədən neytrallaşdırılır.

Onun Amerika xüsusi xidməti tərəfindən yönəldilməsi heç kim üçün sirr deyil. Təsəvvür edin: sabah Səid ABŞ kəşfiyyatının niyyətilə bağlı hansısa açıqlama versə, artıq gec olacaq: çünki o, başqa məsələ ilə gündəmə gətirildi.

Bu vəziyyətdə intim videonun yayılması həm Səidin özünü ölkədən çıxarılmasına yardım edə, həm də Azərbaycan hakimiyyətinə yeni hücumlar təşkil etmək üçün qərbdəkilərə tutarlı bəhanələr verə bilər. Üstəlik, Səidin özü burada ciddi bir zərbə almır: bir Amerika vətəndaşı üçün model sevgilisilə görüntülənmək utanc yox, qürür mənbəyidir. Orada çoxları – hətta məşhurlar belə, qəsdən bu cür vidolarının yayılmasına imkan yaradırlar. Amerika təfəkküründə bu, artıq adiləşib.

Yəni bu variantı qətiyyən istisna etmək olmaz ki, gənc müxalifətçinin özünün okeanın o tayından olan “dostları” belə bir oyun qurublar. Səidinin özünün bundan xəbəri ola da bilərdi, olmaya da… Hər halda, Bakıda qalmağa evi olduğu halda onun otelə niyə getməsi də maraqlıdır – özü də gizli çəkilişlə bağlı bu qədər qalmaqallardan sonra…

Beləliklə, əgər kökü Qədim Roma hüququna gedib çıxan “Bax gör, bu, kimə sərfəlidir” məntiqilə yanaşsaq, intim videonun yayılması hakimiyyətə qətiyyən sərf etmir, Səidin özünə və onun yanki dostlarına isə edir. Hadisələrin davamını izləyək: kimin bundan necə istifadə etdiyini gördükcə, yəqin, vəziyyət daha da aydın olacaq.

Vüsal Məmmədov
AzVision.az



Teqlər:  





Xəbər lenti