Günəşdə güclü partlayış - maqnit qasırğası olacaq

Günəşdə güclü partlayış - maqnit qasırğası olacaq
  11 Sentyabr 2014    Oxunub:2559
Günəşin səthində 2012-ci ildən bəri ən güclü partlayış baş verib və hazırda günəş fırtınası yerə doğru istiqamətlənib.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Mütəxəssislər partlayışa Amerikada Kosmosda hava proqnozları Mərkəzinin astrofizikləri tərəfindən istifadə edilən cədvəl üzrə ən yüksək qiymət verib. Yerə yaxınlaşan zaman partlayış dalğasının gücünün zəifləyəcəyi gözlənilir.

Günəşdə partlayış bu gecə baş verib. Partlayış nəticəsində ayrılan plazma buludu saata 4,02 milyon kilometr sürətlə Yer kürəsinə yaxınlaşır və artıq sentyabrın 12-də planetə çata bilər.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti