Ermənilər Azərbaycanla sərhəddə divar cəkir

Ermənilər Azərbaycanla sərhəddə divar cəkir
  11 Sentyabr 2014    Oxunub:8160
Ermənistan hökuməti Azərbaycanla sərhəddə yerləşən Çinari kəndində qoruyucu divarın tikintisi üçün vəsait ayırıb.
AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın ərazilərin idarə olunması üzrə naziri Armen Qeverkyan bildirib.

Onun sözlərinə görə, divar sərhədin ən təhlükəli hissələrində tikiləcək və kəndlərdə əhalinin yerdəyişməsini təhlükəsiz edəcək.

Bundan başqa həmin kənddə yerləşən məktəbdə təmir olunacaq. Qeqarkunik vilayətində bir sıra yerli obyektlərdə təmir olunacaq. Bütün bu proqramların reallaşdırılması üçün Ermənistan büdcəsindən 147 milyon dram ( təxminən 360 min dollar) ayıracaq.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti