HƏMAS İsraillə barışmaq istəyir

HƏMAS İsraillə barışmaq istəyir
  11 Sentyabr 2014    Oxunub:1387
HƏMAS təşkilatının liderinin müavini Musa Əbu Mərzuk bəyan edib ki, qruplaşma İsraillə birbaşa danışıqlar aparmağa məcburdur.
Bu barədə AzVision.az “Agence France-Presse”-ə istinadən xəbər verir.

“Əgər Qəzzada vəziyyət indiki kimi, qalsa onda HƏMAS İsraillə birbaşa danışıqlar aparmağa məcbur olacaq” – deyə, Mərzuk bildirib.

Qeyd edək ki, daha əvvəl Fələstin lideri Mahmud Abbas HƏMAS qruplaşması ilə əməkdaşlığın dayandırıla biləcəyini bildirmişdi.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti