Rusiya ABŞ-ı pislədi, İŞİD-i müdafiə etdi

Rusiya ABŞ-ı pislədi, İŞİD-i müdafiə etdi
  12 Sentyabr 2014    Oxunub:5076
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Aleksandr Lukaşeviç ABŞ-ın İŞİD planına görə Vaşinqtona xəbərdarlıq edib.
AzVision.az xəbər verir ki, Lukaşeviçin sözlərinə görə, ABŞ Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından icazə almadan İŞİD-lə mübarizə məqsədilə Suriyada əməliyyatlar keçirə bilməz.

Belə olacağı təqdirdə bu əməliyyatlar hücum və beynəlxalq hüquq normalarının pozulması kimi qəbul olunacaq:

“ABŞ-ın Suriyada keçirəcəyi əməliyyatlar hökumət qüvvələrini də hücuma məruz qoya və ölkədəki böhranı daha da artıra bilər”.

Qeyd edək ki, ABŞ İŞİD-i məhv etmək üçün 25 milyon dollar vəsait ayırıb.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti