Türkiyə İŞİD-lə döyüşməkdən imtina etdi

Türkiyə İŞİD-lə döyüşməkdən imtina etdi
  12 Sentyabr 2014    Oxunub:2169
Türkiyə ABŞ tərəfindən İraq və Şam İslam Dövləti (İŞİD) qarşı birgə koalisiyanın yaradılması haqqında yekun bəyannaməyə imza atmaqdan imtina edib.
Bu barədə AzVision.az Türkiyənin “NTV” telekanalına istinadən bildirir.

Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçirilən konfransda Misir, İordaniya, İraq, Livan, Türkiyə xarici işlər nazirlər və ABŞ dövlət katibinin iştirakı ilə beynəlxalq konfransda iştirak edib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tərəfindən imzalanmayan yekun bəyannamədə İŞİD-ə qarşı birgə mübarizə aparmaq, həmçinin qruplaşmaya qarşı maliyyə yardının göndərilməsinin qarşısının alınması barədə qərar qəbul edib.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti