Ronaldunun komandası baş məşqçisiz qaldı

Ronaldunun komandası baş məşqçisiz qaldı
  12 Sentyabr 2014    Oxunub:1324
Portuqaliya millisinin baş məşqçisi Paulu Bentu tutduğu postu tərk edib.
AzVision.az-ın “Goal.com”-a istinadən verdiyi məlumata görə, məsələ ilə bağlı Bentu və Portuqaliya Futbol federasiyası arasında razılaşma olub.

Mütəxəssis 2010-cu ilin sentyabrında Portuqaliya millisində işə başlayıb. O, bu postda Karluş Keyruşu əvəzliyib. Bentunun rəhbərliyi altında Portuqaliya millisi 2012-ci il Avropa Çempionatında yarımfinala qədər irəliləyib və bu mərhələdə 11 metrlik zərbələr seriyasında İspaniya məğlub olub.

2014-ü ildə Braziliyada keçirilən Dünya Çempionatında isə Portuqaliya millisi qrupda qalaraq mübarizəni dayandırıb. Sentyabrın 9-da 2016-cı ildə Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində Portuqaliya millisi öz meydanında Albaniyaya 0:1 hesabı ilə məğlub olub.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti